“Ailə TV”-nin ofisinə basqın edən şəxslərə hökm oxunub - YENİLƏNİB

“Ailə TV”-nin ofisinə basqın edən şəxslərə hökm oxunub - <span style="color: red;">YENİLƏNİB
# 01 avqust 2018 14:12 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Ailə TV" televiziya və internet xidmətləri operatorunun ofisinə basqın etməkdə təqsirləndirilən Kamil Əliyev, Asib Kambarov, Kamran Süleymanov, Rəşad Əhmədzadə və Orxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, K. Əliyev 11 il, A. Kambarov və K. Süleymanovun hər biri 8 il, R. Əhmədzadə 9 il, O. Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

***

15.52

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Ailə TV" televiziya və internet xidmətləri operatorunun ofisinə basqın etməkdə təqsirləndirilən Kamil Əliyev, Asib Kambarov, Kamran Süleymanov, Rəşad Əhmədzadə və Orxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.

Prokuror K. Əliyevin 12 il, A. Kambarovun 9 il, K. Süleymanovun 9 il, R. Əhmədzadənin 9 il 9 ay və Orxan Əliyevin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, təqsirləndirilən şəxslər bir qrup şəxs halında əvvəlcə Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib, seyfdə olan 3600 manatı quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb. Bundan başqa, adı çəkilən şəxslər Nizami rayonunda lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gəlməklə 1250 manat pulu ələ keçiriblər.

Onlar Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın”, 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) və 126.1-ci “qəsdən sağlamlığa ağır xəsarət yetirmə” maddələri ilə təqsirli bilinirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR