Türkiyə hökuməti: Əməliyyatdan əvvəl bizə məlumat verildi

Türkiyə hökuməti: Əməliyyatdan əvvəl bizə məlumat verildi
# 14 aprel 2018 10:34 (UTC +04:00)

“Bizə əməliyyatdan əvvəl məlumat verildi”.

APA-nın “Sözcü”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının başqan müavini, partiya sözçüsü Mahir Ünal deyib.

Bir qədər sonra hökumət sözçüsü Bəkir Bozdağ onun sözlərini təsdiqləyib. B. Bozdağ əməliyyatdan öncə ABŞ və Türkiyə orduları Baş Qərargah rəisləri arasında telefon danışığı olduğunu söyləyib.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən verilən rəsmi açıqlamada ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada həyata keçirilən hərbi əməliyyat dəstəklənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR