Azəravtoyol: Xocahəsən-Lokbatan avtomobil yolunda təmir-bərpa işləri aparılır

Azəravtoyol: Xocahəsən-Lokbatan avtomobil yolunda təmir-bərpa işləri aparılır
# 07 avqust 2017 15:04 (UTC +04:00)

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir. ASC-d’n “APA-Economics”ə verilən xəbərə görə, bu çərçivədə Xocahəsən - Lokbatan avtomobil yolunun 9-13 km-lik hissəsində cari təmir-bərpa işləri görülür.

Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır.

Ümumilikdə, təmizlənmiş hissələrə 10 min m2 yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Təmir-bərpa işlərinin bir neçə gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bu üzdən sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR