Lavrov: "50 ölkə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək istəyir"

Lavrov: "50 ölkə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək istəyir"
# 25 yanvar 2017 11:37 (UTC +04:00)

"50-dək ölkə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında "Hökumət saatı"nda çıxışı zamanı bildirib.

O, bunun Rusiyaya Asiya-Sakit okeanı regionunda inteqrasiya prosesinə daxil olmağa kömək etdiyini vurğulayıb.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı beynəlxalq iqtisadi inteqrasiya birliyidir. 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayan birlik Gömrük İttifaqı və Vahid İqtisadi Zona əsasında yaradılıb. Təşkilata Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR