Bu gün səhər Hindistan 1 ton döyüş başlığı daşımağa qadir "Agni-V" qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib.
APA-nın məlumatına görə, bu barədə ANI agentliyi məlumat yayıb.
Sınaq Odişa ştatındakı Abdul Kalam adasında yerləşən poliqonda həyata keçirilib.
"Agni-V" raketinin hazırlanması Hindistana 25 milyard rupiyə (480 milyon dollar) başa gəlib. Uzunluğu 17 metr, çəkisi 50 ton olan raket peyklərin orbitə çıxarılması üçün də istifadə edilə bilər.