Bakı sərnişin-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda 1125 metr yol əsaslı təmir olunur

Bakı sərnişin-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda 1125 metr yol əsaslı təmir olunur
# 22 noyabr 2016 12:55 (UTC +04:00)

Bakı sərnişin-Pirşağı-Sumqayıt istiqamətində 29,2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işləri davam edir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bu gün Nərimanov-Böyükşor mənzilində daha 1125 metr yolun qoyuluşuna başlanıb.

İşlər iki gün davam edəcək. Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələli şəkildə aparılır.

Qeyd edək ki, dairəvi dəmir yolunun əsaslı təmirinə noyabrın 8-də start verilib. Əvvəlcə Nərimanov-Böyükşor mənzilində 2,2 km uzunluğunda olan hissənin torpaq yatağı işlənib, sonra yolun qoyuluşuna başlanıb və 750 metr uzunluğunda yol qoyulub. Dairəvi dəmir yolunun qoyuluşu başa çatandan sonra Bakı, Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa aradan qaldırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR