Naxçıvanda sahibkarlara verilən kreditin həcmi 5 dəfədən çox artıb

Naxçıvanda sahibkarlara verilən kreditin həcmi 5 dəfədən çox artıb
# 21 iyul 2018 10:32 (UTC +04:00)

Bu ilin ilk yarım ilində Naxçıvan Muxtar Respublikasında sahibkarlara 10 mln. 14 min 900 manat kreditlər verilib.

Naxçıvan Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 8 mln. 200 min 900 manat və ya 5,52 dəfə çoxdur.

Bu kreditlərdən 5 mln. 736 min 400 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya

genişləndirilməsinə, 4 mln. 278 min 500 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 9 hüquqi və 1135 fiziki şəxs qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR