Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 10 suriyalı miqrant ölüb, 8 nəfər ağır yaralanıb

Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 10 suriyalı miqrant ölüb, 8 nəfər ağır yaralanıb
# 03 dekabr 2017 15:22 (UTC +04:00)

Türkiyədə Suriya sərhədini qaçaq yollarla keçən mikroavtobus qəzaya uğrayıb.

APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, hərbi polis miqrantların olduğu mikroavtobusu Hatay rayonunun Altungözü qəsəbəsi yaxınlığında saxlamaq istəyib.

Ancaq sürücü göstərişə əməl etməyib və surəti artıraraq qaçmaq istəyib. Bir müddət sonra sürücü idarəetməni itirib və mikroavtobus qarşıdan gələn yük avtomobili toqquşub. Yerli vaxtla saat 15.45 radələrində baş verən qəza nəticəsində 10 suriyalı miqrant hadisə yerində ölüb, sürücü və 7 miqrant ağır yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR