Qırğızıstan ECO-nun Pakisgtan sammitinin qətnaməsinə qoşulmamasının səbəbini açıqlayıb

Qırğızıstan ECO-nun Pakisgtan sammitinin qətnaməsinə qoşulmamasının səbəbini açıqlayıb
# 06 mart 2017 08:56 (UTC +04:00)

Qırğızıstan İqtisadi Əməkdaşlıq Təşkilatın (ECO) İslamabad qətnaməsinə qoşulmamasının səbəbləri məlum olub.

Qırğızıstan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumatda bildirilir ki, bir çox nümayəndə heyəti kimi, Qırğızıstan tərəfi də təşkilatın və İslamabad qətnaməsinin siyasiləşdirilməməsinə dair mövqeyini bildirib.

Məlumatda deyilir ki, rəsmi Bişkək ECO iqtisadi məsələlər həll edən regional təşkilat olduğu üçün qətnaməyə qoşulmayıb. Bununla belə, Qırğızıstan sənədin qəbuluna mane olmayıb, onun siyasi müddəaların təsdiq edilməsinə dair bitərəf mövqe tutub.

Qırğızıstan məsələ ilə bağlı Azərbaycan tərəfinin reaksiyasını təəssüflə qarşıladığını, Azərbaycan da daxil olmaqla, ECO-nun digər üzv ölkələri ilə əlaqələrin gücləndirilməsi və genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Məlumatda o deyilir ki, Qırğızıstan istər ikitərəfli, istərsə də çoxtərəfli formatda ölkələrin suverenliyinin, diplomatik əlaqələri olduğu bütün ölkələrin ərazi mübahisələrin ərazi bütövlüyü kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında ardıcıl şəkildə sülh yolu ilə nizamlanmasının tərəfdarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR