Bank Of Baku

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri 16% artıb

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri 16% artıb
# 06 avqust 2021 16:32 (UTC +04:00)

Bu ilin I yarısında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 942,4 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 15,9% artım deməkdir.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I yarısının yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (13 müəssisə üzrə) çərçivəsində 532,8 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət ilin I yarısında xarici podratçıların ölkə daxilində məsrəflərinə 202,3 mln. dollar xərcləyib. Bundan başqa, hesabat dövründə BP-nin 182 kiçik və orta müəssisə üzrə xərcləri 186,9 mln. dollar, 22 dövlət şirkəti üzrə xərcləri isə 20,4 mln. dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR