MNX-da 300-ə qədər böyrək və 100-ə qədər qaraciyər köçürülüb

MNX-da 300-ə qədər böyrək və 100-ə qədər qaraciyər köçürülüb
# 06 dekabr 2016 12:23 (UTC +04:00)

Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) indiyə kimi xəstələrə 300-ə qədər böyrək və 100-ə qədər qaraciyər köçürülüb. APA-nın xəbərinə görə, bu barədə MNX-nın baş direktoru Leyla Seyidbəyova Səhiyyə Nazirliyinin “Tibb” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, hazırda Azərbaycanda icra olunan xroniki böyrək çatışmazlığı üzrə proqramın böyrək köçürmə ilə bağlı bəndləri əsas etibarilə MNX-da həyata keçirilir.

Baş direktor qeyd edib ki, indiyədək MNX-nın mütəxəssisləri Lənkəran, Astara, Qəbələ və digər bölgələrdə böyrək köçürmə və açıq ürək əməliyyatlarını uğurla icra ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR