Polşada NATO batalyonunun yerləşdirilməsinə başlanılıb

Polşada NATO batalyonunun yerləşdirilməsinə başlanılıb
# 23 noyabr 2016 03:28 (UTC +04:00)

Polşada NATO-nun 1200 nəfərlik batalyonunun yerləşdirilməsinə başlanılıb. Prosesin 2017-ci ilin yanvarında başa çatacağı gözlənilir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Antoni Maçereviç bildirib.

İsraildə səfərdə olan nazir jurnalistlərə Polşada NATO-nun 1200 hərbçisinin yerləşdiriləcəyini bildirib. Onlardan 1000 nəfərinin amerikalı olacağı bildirilir. “Onların dislokasiyası başlayıb. Yanvarda başa çatmalıdır”, – deyə nazir bildirib.

Nazir batalyonun Ojijedə yerləşdiriləcəyini xatırladıb: “Alyansın şərq cinahında bütün batalyonların fəaliyyətinə rəhbərlik edəcək mənzil-qərargahı Polşanən Elblonq şəhərində yerləşəcək. Amerikalılardan başqa batalyonun tərkibində rumıniyalı və britaniyalı hərbçilər də xidmət çəkəcək”.

NATo batalyonunun istifadəsinə Polşanın “RT-91” tanklarının veriləcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR