Almaniya hökuməti sanksiyalara rəğmən "Şimal axını - 2" layihəsinin başa çatacağına əminliyini bildirib

Almaniya hökuməti sanksiyalara rəğmən "Şimal axını - 2" layihəsinin başa çatacağına əminliyini bildirib
# 23 dekabr 2019 08:43 (UTC +04:00)

Almaniya hökuməti “Şimal axını 2 qaz layihəsinin uğurla başa çatacağına inandığını bildirib.

APA xəbər verir ki, bu barədə “Sueddeutsche Zeitung” portalı məlumat yayıb.

Qeyd olunur ki, Almaniya ABŞ-ın layihəyə tətbiq etdiyi sanksiyaların onun həyata keçirilməsinə mane olmayacağına əmindir.

Həmçinin “Şimal axını – 2” operatorunun nümayəndələri tikinti işlərinin yaxın vaxtlarda başa çatacağına inandıqlarını bildiriblər.

Qeyd edək ki, ABŞ rəsmiləri “Şimal axını 2Türk axını” layihələrinə qarşı, o cümlədən onların inşasında iştirak edən Avropa şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq olunmasını nəzərdə tutan layihəni təsdiqləyib. Almaniya hökumətində, həmçinin bu cür ekstraterritorial sanksiyaların rədd edildiyi” vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR