Ağsuda sərnişin avtobusu yanıb

Ağsuda sərnişin avtobusu yanıb
# 19 oktyabr 2016 20:12 (UTC +04:00)

Bakı-APA. Ağsuda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağsu şəhərində vətəndaşa məxsus “Mercedes” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonu qismən yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR