Obama kubalı qaçqınlara yaşayış hüququnun verilməsini ləğv edib

Obama kubalı qaçqınlara yaşayış hüququnun verilməsini ləğv edib
# 13 yanvar 2017 04:30 (UTC +04:00)

ABŞ administrasiyası ölkəyə vizasız gələn kubalılara yaşayış hüququnun verilməsini nəzərdə tutan siyasətdən vaz keçib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezident Barak Obamanın bəyanatında bildirilir.

“Qərar dərhal qüvvəyə minir, bu səbəbdən ABŞ-a qeyri-qanuni daxil olmağa cəhd edən və humanitar yardıma iddia edə bilməyən Kuba vətəndaşları qanunvericiliyə uyğun olaraq ölkədən çıxarılacaqlar”, - deyə bəyanatda qeyd olunur.

Prezident kubalı qeyri-qanuni miqrantlarla digər ölkələrdən gələn qaçqınlar kimi davranılacağını qeyd edib. Onun sözlərinə görə, Kuba hökuməti geri qaytarılan şəxsləri qəbul etməyə razılıq verib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da “yaş ayaq – quru ayaq” siyasəti tətbiq edilib. Bu siyasət ölkəyə vizasız gələn kubalılara yaşayış hüququnun verilməsini nəzərdə tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR