Ermənistanda parlament seçkilərinə Ukrayna da müşahidəçi göndərməyəcək

Ermənistanda parlament seçkilərinə Ukrayna da müşahidəçi göndərməyəcək
# 01 aprel 2017 07:15 (UTC +04:00)

Ukrayna aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməyəcək.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İrəvanda MDB-nın icraçı katibi, MDB-dən olan müşahidə missiyasının rəhbəri Sergey Lebedev bildirib.

"Seçkiləri müşahidə etmək təklifinə MDB ölkələrindən yalnız Azərbaycan və Ukrayna müsbət cavab verməyib", - deyə o bildirib.

S. Lebedev Ukraynanın bu addımını Kiyevin müşahidə missiyalarının yerinə yetirilməsi barədə razılaşmadan çıxması ilə izah edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR