Moskvada beynəlxalq iqtisadi forum keçiriləcək

Moskvada beynəlxalq iqtisadi forum keçiriləcək
# 08 fevral 2017 11:32 (UTC +04:00)

Martın 17-də Moskvada MDB-yə üzv ölkələrin iştirakı ilə beynəlxalq iqtisadi forum keçiriləcək.

APA-nın MDB İcraiyyə Komitəsinin saytına istinadən verdiyi məlumata görə, “MDB - gələcəyə baxış” adlı tədbir Moskvanın beynəlxalq ticarət mərkəzində baş tutacaq.

Forumda MDB ölkələrinin baş nazirlərinin müavinləri, MDB İqtisadi Şurasının üzvləri, Avrasiya İqtisadi Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatının rəhbər şəxsləri və iş adamları iştirak edəcək. Forumun keçirilmə tarixi MDB İqtisadi Şurasının növbəti iclasına təsadüf edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR