Azərbaycan prezidenti Bakıda Uşaq Bərpa Mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan prezidenti Bakıda Uşaq Bərpa Mərkəzinin açılışında iştirak edib - <span style="color: red;">YENİLƏNİB
# 29 dekabr 2016 14:37 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Nərimanov rayonunda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Bildirib ki, 2003-cü ildən fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzinin binasında indiyə qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. 2015-cü ildə mərkəzdə başlayan yenidənqurma işləri artıq yüksək səviyyədə başa çatdırılıb.

İndiyə qədər bu müəssisədə sağlamlıq imkanları məhdud olan 15 mindən yuxarı uşağa rebilitasiya xidməti göstərilib. Mərkəzə qəbul tibbi-sosial ekspertiza komissiyaları, müalicə-profilaktika müəssisələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişləri əsasında həyata keçirilir. Xəstələrin reabilitasiyası stasionar və ambulator olaraq aparılır. Uşaq Bərpa Mərkəzində 95 nəfər işçi fəaliyyət göstərir.

*** 15.12

Dekabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakıda Uşaq Bərpa Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Bildirilib ki, Uşaq Bərpa Mərkəzi 2003-cü ildən fəaliyyət göstərir. Binada indiyədək əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. 2015-ci ildə mərkəzdə başlayan yenidənqurma işləri yüksək səviyyədə başa çatıb.

Prezident və xanımı Uşaq Bərpa Mərkəzində yaradılan şəraitlə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR