Azərbaycan prezidentinin Türkiyəyə işgüzar səfəri başa çatıb

Azərbaycan prezidentinin Türkiyəyə işgüzar səfəri başa çatıb
# 10 oktyabr 2016 18:52 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri oktyabrın 10-da başa çatıb.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib. Azərbaycan prezidenti fəxri qarovul dəstəsini salamlayıb.

Prezident İlham Əliyevi Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri yola salıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR