Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edəcək
# 18 noyabr 2016 11:41 (UTC +04:00)

Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfərə gedib.

MM-dən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə MM-in ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov daxildir. Onlar NATO PA-nın İstanbulda keçiriləcək 62-ci illik sessiyasında iştirak edəcək. Sessiya çərçivəsində qurumun Təhlükəsizliyin mülki ölçüsü, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Siyasi, Elm və texnologiya daimi komitələrinin iclasları keçiriləcək.

Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonunun Ermənistan tərəfindən davam edən hərbi işğalı və bunun nəticəsində 1 milyon qaçqın və məcburi köçkünün humanitar böhranı barədə məlumatları iştirakçıların diqqətinə çatdıracaq. Z. Əsgərovun təşəbbüsü ilə Azərbaycan parlamentinin nümayəndə heyəti sessiyada müzakirəyə çıxarılan qətnamə layihələrindən ikisinə təkliflər irəli sürüb. İllik sessiyada komitələrin qətnamələrinin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti bu təkliflərin dəstəklənməsi istiqamətində fəallıq göstərəcək. Səfər noyabrın 22-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR