Səfirlərin və beynəlxalq təşkilat nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq

Səfirlərin və beynəlxalq təşkilat nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq
# 28 yanvar 2017 08:35 (UTC +04:00)

“Aprel döyüşləri bizim həyatımızda şanlı tarixdir. Bu döyüşlərdə bizim də şəhidlərimiz oldu. Ancaq bu gün onların ruhları şaddır. Çünki onların qanı bahasına alınan torpaqlara insanlar böyük ruh yüksəkliyi ilə, həvəslə qayıdırlar”.

APA-nın xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Cocuq Mərcanlı kəndində planlaşdırılan bərpa işlərinin müzakirəsi zamanı komitənin sədri, baş nazirin müavini Əli Həsənov deyib. O bildirib ki, Azərbaycan prezidentinin tapşırığına əsasən bu kənddəki hər bir ev təcili şəkildə araşdırılmalıdır, hər bir evin sənədi təcili tərtib olunmalıdır: “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı prezidentin sərəncamı xalqımız, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Bu qərar bütün beynəlxalq aləmdə səs salıb. Həmin torpaqlarda ANAMA tərəfindən mina axtarışları davam etdirilir. Bundan əlavə, ölkəmizdə fəaliyyət göstərən səfirlərin, beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR