IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Sabirabad mərhələsi başlayıb

IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Sabirabad mərhələsi başlayıb
# 13 aprel 2017 09:13 (UTC +04:00)

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Sabirabad mərhələsi başlayıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Sabirabadda səyahət Suqovuşan kəndindən - Kür və Araz çayılarının qovuşduğu yerdən start götürüb.

Sərbəst güləş üzrə Avropa çempionu Seyfulla Mehdiyev, MMA üzrə dünya çempionatının qızıl medal mükafatçısı Azad Əsgərov və 10 yaşlı Sabirabad məktəblisi, futbol və rəsm həvəskarı Tahir Quliyev Kür və Araz çayılarının qovuşduğu yerdən su götürüblər. Sonra səyahət iştirakçıları Sabirabad şəhərinə yola düşüblər. Mərasim bu gün 20:00-da Sabirabad şəhərindəki Heydər Əliyev meydanında su festivalı ilə davam edəcək.

Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR