Cinayət işləri üzrə elektron istintaq materialları elektron məhkəmə sisteminə qoşulmuş məhkəmə orqanlarına göndəriləcək

Cinayət işləri üzrə elektron istintaq materialları elektron məhkəmə sisteminə qoşulmuş məhkəmə orqanlarına göndəriləcək
# 10 noyabr 2016 09:56 (UTC +04:00)

İstintaqa nəzarətin gücləndirilməsi, cinayət işləri üzrə vahid statistik elektron uçot bazasının formalaşdırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən elektron cinayət işinin tətbiqinə başlanıb.

APA-Economics” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi Cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi, vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə deyib.

Onun sözlərinə görə, elektron cinayət işinin tətbiqi başa çatdırılmış cinayət işləri üzrə elektron istintaq materiallarının gələcəkdə prokurorluq orqanları vasitəsilə elektron məhkəmə sisteminə qoşulmuş məhkəmə orqanlarına göndərilməsinə xidmət edir.

“Cinayət məcəlləsində dekriminallaşdırma ilə bağlı bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən cinayət məcəlləsinin bəzi maddələri üzrə cinayət tərkibi yaradan dəymiş ziyanın məbləği yuxarı həddə qaldırılıb. Edilmiş bu dəyişiklik vətəndaşların hüquq və mənafelərinin müdafiəsi məqsədi daşıyır. Qanuna edilmiş dəyişiklikdən sonra cinayət tərkibi yaratmayan məbləğlər üzrə cinayət işlərinin icrasına xitam verilib”, - deyə Z. Məmmədzadə qeyd edib.

Dəyişikliyə əsasən, 300-ə yaxın cinayət işinin icrasına xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR