Gəncədə mənzildə partlayış baş verib, xəsarət alan var

Gəncədə mənzildə partlayış baş verib, xəsarət alan var
# 11 aprel 2017 20:19 (UTC +04:00)

Gəncədə yaşayış binasında qaz partlaması nəticəsində qadın xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 4-cü mikrorayonda qeydə alınıb. Qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində 1960-cı il təvəllüdlü Rəqibə Musayeva müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR