“SmileCard”dan istənilən zaman nağdılaşma mümkün olub - FOTO

“SmileCard”dan istənilən zaman nağdılaşma mümkün olub - <span style="color: red;">FOTO
# 30 iyul 2015 07:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov –APA-Economics. “Expressbank”ın “SmileCard” taksit kartı ilə istənilən zaman nağdılaşma mümkündür.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu kart, “Vısa” kartlarının istifadəsi mümkün olan dünyanın istənilən yerində keçərlidir. Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən “SmileCard”ı “Expressbank” filiallarında dərhal əldə edə bilərlər.

“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” sloqanı ilə bazara təqdim edilən kredit kartının şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür.

Qeyd edək ki, istifadə olunan məbləğ ödənildikdə yenidən kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS terminal və 250-dək “ExpressPay” ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR