Türkiyədə “Xocalı üçün paylaş” aksiyası keçirilib

Türkiyədə “Xocalı üçün paylaş” aksiyası keçirilib
# 28 fevral 2019 05:31 (UTC +04:00)

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Türkiyənin iş adamları, idmançıları, incəsənət nümayəndələri, siyasətçiləri və tələbələr bu qətliamı bütün dünyaya çatdırmaq üçün “Xocalı üçün paylaş” aksiyası keçiriblər.

ONA-nın məlumatına görə, aksiya çərçivəsində hamı eyni anda öz sosial media hesabları vasitəsilə Xocalı soyqırımı haqqında türk, rus, ingilis və fransız dillərində paylaşımlar ediblər. Paylaşım edənlər “Unutma, unutsan səni də unudarlar”, “Hər zaman barış istəyirik”, “Keçmişdə bizə qarşı olanları mütləq xatırlayacağıq” deyərək soyqırım qurbanlarını anıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR