Dzeko "Roma"nı puldan üstün tutub

Dzeko "Roma"nı puldan üstün tutub
# 04 noyabr 2017 13:39 (UTC +04:00)

Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Roma”nın “qol maşını” Edin Dzeko Çindən təklif alıb. Apasport.az saytı “Football İtalia” nəşrinə istinadən xəbər verir ki, bosniyalı futbolçu sərfəli təklifi geri çevirib.

Belə ki, Dzeko ildə 13 milyon avro məvacib almaq imkanını rədd edib. 31 yaşlı hücumçu karyerasını hazırkı komandasında davam etdirməyi üstün tutub.

2015-ci ildən “canavarlar”ın formasını geyinən Dzeko cari mövsümdə ümumilikdə 14 oyunda 10 qola imza atıb.

Qeyd edək ki, Dzeko 2007-ci ildən çağırıldığı Bosniya və Herseqovina yığmasında isə 89 matçda 52 dəfə fərqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR