“ASAN xidmət”də çalışanların maddi təminatının yaxşılaşdırılması üçün xüsusi vəsaitin miqdarı artırılır

“ASAN xidmət”də çalışanların maddi təminatının yaxşılaşdırılması üçün xüsusi vəsaitin miqdarı artırılır
# 12 aprel 2017 13:38 (UTC +04:00)

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə Qaydası”nda dəyişikliklər edilib.

APA-nın məlumatına görə, dəyişiklik Dövlət Agentliyinin Kollegiyası tərəfindən olunub.

Bu qayda Dövlət Agentliyinin öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən (xüsusi vəsait) Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə qaydasını müəyyən edir.

Dəyişiklik bu xüsusi vəsaitin həcminin 2 dəfə artırılması, eyni zamanda böyük məbləğdə dövlət rüsumlarından bu xüsusi vəsaitin formalaşmasına cəlb edilən məbləğə maksimum hədd qoyulması ilə bağlıdır. Başqa sözlə, indiyə qədər xüsusi vəsait “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərə görə ödənilən dövlət rüsumlarının 25 faizini təşkil edən və Dövlət Agentliyinin xəzinə hesabına daxil olan vəsait olub. Dəyişikliyə əsasən xüsusi vəsait “ASAN xidmət” mərkəzlərində (o cümlədən səyyar xidmətdə) bir neçə dövlət orqanı tərəfindən vahid məkanda, innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizini (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) təşkil edən və Dövlət Agentliyinin xəzinə hesabına daxil olan vəsait olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR