Yeni binada 19 jurnalist cütlüyü və dünyasını dəyişmiş 4 jurnalistin ailə üzvləri mənzillə təmin olunub

Yeni binada 19 jurnalist cütlüyü və dünyasını dəyişmiş 4 jurnalistin ailə üzvləri mənzillə təmin olunub
# 19 iyul 2017 15:43 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binada mənzillə təmin olunanlar arasında 19 jurnalist cütlüyünün ailəsi var.

APA-nın xəbərinə görə, mənzillə təmin olunanlardan 19 ailənin hər iki başçısı mətbuat nümayəndəsidir və hazırda KİV-də çalışır.

Bundan başqa, dünyasını dəyişmiş 4 jurnalistin ailəsi də yeni binada mənzillə təmin olunub.

Bunlar mərhum şair-rəssam Adil Mirseyidin, jurnalistlər İbrahim Bayandurlu, Əli Bayramov və Mahir Nəbilinin ailələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR