Yol qəzası törətməkdə şübhəli bilinən şəxs tutulub

Yol qəzası törətməkdə şübhəli bilinən şəxs tutulub
# 09 mart 2017 10:01 (UTC +04:00)

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, martın 2-də Nicat Məmmədovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "İsuzu" markalı avtomobilin sürücüsü - şəhər sakini Ramil Eyyubov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR