Rusiya və ABŞ Baş Qərargah rəisləri Suriyada təhlükəsiz zonaları müzakirə ediblər

Rusiya və ABŞ Baş Qərargah rəisləri Suriyada təhlükəsiz zonaları müzakirə ediblər
# 09 avqust 2017 06:39 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov amerikalı həmkarı Cozef Danfordla Suriyanın cənub-qərbində təhlükəsiz zonaların fəaliyyətini müzakirə ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

“Telefon danışığı zamanı Suriya və İraqdakı vəziyyət barədə fikir mübadiləsi aparılıb, beynəlxalq terror təşkilatları ilə mübarizə üzrə gələcək addımlar, Suriyanın cənub-qərbində təhlükəsiz zonasının fəaliyyətinə dair məsələlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR