Azərbaycan prezidenti “VTB Bank”ın rəhbəri ilə görüşüb - YENİLƏNİB

Azərbaycan prezidenti “VTB Bank”ın rəhbəri ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 23 yanvar 2018 17:08 (UTC +04:00)

Prezident İlham Əliyev Davosda “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostin ilə görüşüb.

APA-nın xəbərinə görə, Andrey Kostin Azərbaycanda fəaliyyətlərini inkişaf etdirmək əzmində olduqlarını vurğulayaraq kapitalın həcmini artırmağa maraq göstərdiklərini bildirib. “VTB Bank”ın prezidenti qarşılıqlı investisiya imkanlarının öyrənilməsinin əhəmiyyətindən danışıb və Azərbaycan Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq etdiklərini vurğulayıb. O, bu işlərdə verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlıq edib.

Prezident İlham Əliyev ölkəmizin “VTB Bank” ilə əməkdaşlığının genişləndirilməsindən məmnunluğunu ifadə edib, Azərbaycan Dövlət Neft Fondunun “VTB Bank”ın fəal səhmdarlarından biri olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan tərəfinin “VTB Bank” ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib və bu əməkdaşlığın ölkəmizdə özəl sektorun fəaliyyətinin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

***** 19.41

Azərbaycan prezidenti İlham Əliyev Davosda “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostin ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR