Azərbaycandakı 40 Gənclər Mərkəzindən yalnız 12-ci GİN-in tabeliyindədir

Azərbaycandakı 40 Gənclər Mərkəzindən yalnız 12-ci GİN-in tabeliyindədir
# 27 dekabr 2019 14:38 (UTC +04:00)

“Ölkə Prezidentinin təşəbbüsü və tapşırığı ilə 2007-ci ildən ölkədə Gənclər Mərkəzlərinin tikintisinə başlanılıb. Hazırda ölkədə 40 Gənclər Mərkəzi fəaliyyət göstərir”.

APA-nın xəbərinə görə, bunu Gənclər və idman naziri Azad Rəhimov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, onlardan 12-si Gənclər və idman nazirliyinin tabeliyindədir və “Gənclər evi” sosial xidmət müəssisəsi kimi rəsmi qeydiyyata alınıb.

Digər 27-si isə müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən inşa edilib. Onların fəaliyyəti məxsus olduqları qurum tərəfindən tənzimlənir.

Yaxın zamanlarda Masallı və Goranboy rayon Gənclər Evi də nazirliyin tabeliyinə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR