Türkiyə ordusu Əl-Bab ətrafındakı yüksəklikləri nəzarətə götürüb

Türkiyə ordusu Əl-Bab ətrafındakı yüksəklikləri nəzarətə götürüb
# 08 fevral 2017 11:54 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyanın şimalında, Əl-Bab qəsəbəsi ətrafında əhəmiyyətli yüksəklikləri nəzarətə götürüb.

APA-nın “Haberturk”ə istinadən verdiyi məlumata görə, fevralın 7-də axşam saatlarında başlayan əməliyyat zamanı 2 əsgər şəhid olub, 15-i yaralanıb.

Suriyanın şimalında həyata keçirilən “Fərat qalxanı” əməliyyatının 169-cu günündə türk ordusu İŞİD-ə məxsus 254 hədəfi vurub, 58 terrorçu məhv edilib. Koalisiya qüvvələrinin 7 hava hücumu nəticəsində terrorçulara aid 13 hədəf dağıdılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR