Şəmkirdə istixanada yanğın baş verib

Şəmkirdə istixanada yanğın baş verib
# 31 mart 2017 22:11 (UTC +04:00)

Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Əliyaqublu kəndində vətəndaşa məxsus istixananın ərazisində ümumi sahəsi 30 m2 olan 2 otaqlı köməkçi tikilinin 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə, digər otağın tavanı 5 m2 sahədə yanıb.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR