Gəncə sakini dəm qazından zəhərlənib

Gəncə sakini dəm qazından zəhərlənib
# 30 yanvar 2017 08:47 (UTC +04:00)

Gəncədə dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Əziz Əliyev küçəsində yaşayan 1974-cü il təvəllüdlü Qafarov Elşad Nazim oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Xəstəxanaya yerləşdirilən E. Qafarova dərhal tibbi yardım göstərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR