Nazirlik: Xəzəryanı ölkələrin hamısının dənizin çirklənməsində payı var

Nazirlik: Xəzəryanı ölkələrin hamısının dənizin çirklənməsində payı var
# 01 iyun 2018 10:19 (UTC +04:00)

“Beş Xəzəryanı ölkənin Xəzər dənizinin çirklənməsində payı var”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov bildirib.

Onun sözlərinə görə, Xəzər dənizini ən çox çirkləndirən axar Volqa çayıdır: "Xəzər dənizinin çirklənməsinin səbəbləri müxtəlifdir. Xəzərə istiqamətlənmiş su axarlarının gətirdiyi zərərli maddələr, istirahət edən insanların yaratdığı ekoloji yük Xəzəri çirkləndirir. İnsanlar istirahət qaydalarının tələblərinə riayət etməlidirlər".

M. Qəmbərov əlavə edib ki, Xəzər dənizinə bu gün böyük sənaye potensiallı layihələri də təsir edir: "Neft, karbohidrogen amili bu gün dənizin çirklənməsinə istər-istəməz təsir göstərir. Hər hansı blokun işlənilməsindən əvvəl orada müəyyən seysmoloji işlər və digər tədqiqatlar aparılır. Bütün bu işlər də Xəzər dənizinin flora və faunasına mənfi təsir göstərir. Xəzər dənizinin sahil zolağının çirklənməsinin qarşısını almaq üçün nazirlik tərəfindən tədbirlər həyata keçirilir. Bu tədbirlər Xəzərə istiqamətlənmiş su axarlarının tərkibindəki çirkləndirici maddələrin idarə olunması istiqamətində tədbirlər görülür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR