Xorvatiya üzrə təkkeçidli vizalarla bağlı Azərbaycan vətəndaşlarından müraciətlərin qəbuluna başlanılıb

Xorvatiya üzrə təkkeçidli vizalarla bağlı Azərbaycan vətəndaşlarından müraciətlərin qəbuluna başlanılıb
# 03 sentyabr 2015 16:45 (UTC +04:00)

Bakı - APA. Xorvatiya Respublikasının Ankaradakı səfirliyindən Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) nota daxil olub.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, notada Xorvatiya ilə “VFS Global” beynəlxalq şirkəti arasında əldə olunmuş razılaşmaya əsasən, 31 iyul 2015-ci il tarixindən etibarən sözügedən şirkətin Bakı şəhərində fəaliyyətə başlayan mərkəzinin Azərbaycan Respublikası vətəndaşları və ölkəmizdə qanuni əsaslarla yaşayan üçüncü ölkə vətəndaşlarından Xorvatiya üzrə təkkeçidli vizalarla bağlı müraciətlərin qəbuluna başladığı barəsində məlumat verilir.

Notada vətəndaşların qeyd olunan mərkəzin xidmətlərindən istifadə etməklə yanaşı, müraciətlərini Xorvatiya Respublikasının Ankara şəhərindəki diplomatik nümayəndəliyinə də ünvanlaya biləcəkləri qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR