Şəmkirdə yaşayış evində partlayış baş verib, xəsarət alan var

Şəmkirdə yaşayış evində partlayış baş verib, xəsarət alan var
# 29 mart 2017 18:52 (UTC +04:00)

Şəmkirdə yaşayış evində partlayış baş verib.

APA-nın Qərb bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Yaşayış evində baş verən qaz partlayışı nəticəsində qəsəbə sakini, 1950-ci təvəllüdlü Gülnarə Hacıyeva ağır yanıq xəsarətləri alaraq Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan, onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.

Qohumlarının dediyinə görə, Gülarə Hacıyeva evə daxil olub işığı yandırarkən güclü partlayış baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR