Uşaq Bərpa Müalicə Mərkəzinə daxil olan uşaqların sayı artıb

Uşaq Bərpa Müalicə Mərkəzinə daxil olan uşaqların sayı artıb
# 04 dekabr 2017 08:28 (UTC +04:00)

Bu ilin dekabr ayına kimi Uşaq Bərpa Müalicə Mərkəzində (UBMM) ilkin gəlişlərin sayı 1798 nəfər təşkil edib.

APA-nın xəbərinə görə, bu barədə UBMM-nin direktoru Cəmilə Talıbova bildirib.

Onun sözlərinə görə, Mərkəzə gələn hər pasiyent üçün onun yaşı, xəstəliyin ağırlıq dərəcəsi, yanaşı xəstəliklər nəzərə alınmaqla, il ərzində 3 - 6 mərhələdə fərdi reabilitasiya kursu tərtib edilir.

UBMM-ə daxil olan 1 yaşına qədər uşaqların sayı əvvəlki illə müqayisədə 40 faiz artıb: "Bu o deməkdir poliklinikalarda xəstəlik vaxtında aşkarlanaraq bizə göndərilir. Hətta 20 günlük uşaqlar da bizim Mərkəzdə müalicə olunurlar".

C. Talıbova qeyd edib ki, UBMM-də prosedur gəlişlərin sayı 36280 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR