Azərbaycana qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb

Azərbaycana qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb
# 25 noyabr 2016 08:13 (UTC +04:00)

Tovuz Gömrük İdarəsi “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirib.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 26000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR