Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilib

Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilib
# 21 may 2018 12:41 (UTC +04:00)

Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir-tikinti işlərinin aparıldığı ərazinin uzunluğu 570 m, eni isə 10-27 m arasında dəyişir. Küçənin sözügedən hissəsi hərəkət intensivliyi ilə seçilən Ə.Haqverdiyev və Landau küçələri ilə kəsişir.

Təmir-tikinti işləri çərçivəsində ərazidə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət və 10 min kvadratmetr sahəni əhatə edən yeni asfalt-beton örtük döşənib. Bundan başqa, Şəfayət Mehdiyev küçəsində yağış-kanalizasiya sistemi bərpa olunaraq zəruri olan yerlərdə yeni yağış barmaqlıqları quraşdırılaraq köhnələri isə yenisi ilə əvəz olunub.

Təmir işlərinin sonuncu mərhələsində yol nişanları və yolun üfüqi nişanlanma xətləri çəkilərək Şəfayət Mehdiyev küçəsi yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, bundan öncə Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti və Ə.Haqverdiyev küçələri arasında yerləşən 1,7 km-lik hissəsi təmir edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR