Əlcəzairdə etiraz aksiyaları zamanı 63 nəfər xəsarət alıb

Əlcəzairdə etiraz aksiyaları zamanı 63 nəfər xəsarət alıb
# 02 mart 2019 07:00 (UTC +04:00)

Əlcəzairdə etiraz aksiyaları zamanı 63 nəfər xəsarət alıb, 45 nəfər isə saxlanılıb.

ONA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə rəsmi məlumatı polis verib.

Məlumata görə, xəsarət alanların 56 nəfəri hüquq mühafizə orqanlarının əməkdaşı olub, 7 nəfəri isə mülki şəxsdir. Vandalizmə və dövlət əmlakına hücuma görə 45 nəfər saxlanılıb.

Polisin verdiyi açıqlamaya görə, etirazçıların əksəriyyəti psixotrop və narkotik maddələrin təsiri altında olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR