Tbilisidə Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konsert keçirilib

Tbilisidə Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konsert keçirilib
# 04 may 2018 18:11 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş klassik musiqi əsərlərindən ibarət konsert keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tbilisidəki baş ofisinin akt zalında baş tutmuş konsert proqramında Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti Azərbaycan və dünya klassik musiqi əsərlərini ifa ediblər.

Bakı Musiqi Akademiyasının prorektoru professor Nərminə Quliyeva deyib ki, akademiyanın tələbələri Tbilisidə beynəlxalq musiqi müsabiqəsində iştirak edir: "Gürcüstandakı Azərbaycan səfirliyinin dəstəyi ilə ulu öndərin xatirəsinə konsert təşkil olundu. Heydər Əliyev musiqiçilərə hər zaman böyük diqqət və qayğı göstərib. Belə konsert keçirməyi özümüzə borc bildik".

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, azərbaycanlı iş adamları və ictimaiyyət nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR