Ağdamda 18 yaşlı oğlan hamamda huşsuz vəziyyətdə tapılıb

Ağdamda 18 yaşlı oğlan hamamda huşsuz vəziyyətdə tapılıb
# 20 sentyabr 2017 15:48 (UTC +04:00)

Ağdam sakini hamamda huşsuz vəziyyətdə tapılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Orta Qışlaq kənd sakini Hikmət Heydərov ailə üzvləri tərəfindən hamamda huşsuz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılan təcili-tibbi yardım briqadası H.Heydərovu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan verilən xəbərə görə, H.Heydərovun vəziyyəti ağırdır.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR