Masallı Rayon Mərkəzi Xəstəxanası əhalinin istifadəsinə verilib

Masallı Rayon Mərkəzi Xəstəxanası əhalinin istifadəsinə verilib
# 19 oktyabr 2017 14:40 (UTC +04:00)

Azərbaycanın birinci-vitse prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə təmirinə başlanılmış Masallı Rayon Mərkəzi Xəstəxanası bu gün əhalinin istifadəsinə verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə açılan xəstəxana 223 min əhaliyə lazımi tibbi xidmət göstərəcək.

Masallının mərkəzi rayon xəstəxanası 10 korpusdan A,B,V,Q. korpuslarından ibarətdir. Bura uşaq xəstəlikləri, yoluxucu xəstəliklər, təcili yardım məntəqəsi, təsərrüfat, mətbəx korpusları, habelə, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Masallı Rayon şöbəsinin korpusu, Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin korpusları daxildir. 206 həkim,454 nəfər orta tibb işçisi, 326 nəfər kiçik tibb işçiləri olmaqla ümumilikdə xəstəxanada 986 tibb işçisi çalışır. Xəstəxanada keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün avadanlıqlarla, tibbi preparatlarla tam təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR