Ağasadıq Gəraybəylinin xatirə gecəsi keçiriləcək

Ağasadıq Gəraybəylinin xatirə gecəsi keçiriləcək
# 23 oktyabr 2017 15:37 (UTC +04:00)

Oktyabrın 27-də Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində görkəmli teatr və kino aktyoru, xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçiriləcək. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xalq artistinin yubileyində onun ömür yolundan, yaratdığı təkrarsız obrazlardan, sənətkarlıq xüsusiyyətlərindən danışılacaq.

Bununla yanaşı böyük sənətkarın çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq. Tədbir iştirakçıları sənətkarın həyat və yaradıcılığına həsr olunmuş fotosərgi ilə də tanış ola biləcəklər.

Yubiley gecəsi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR