Paşha Bank
Bank Of Baku

Dünya Alimlər Kuboku Çempionatının Bakı mərhələsi keçiriləcək

Avropa Azərbaycan Məktəbi

© APA | Avropa Azərbaycan Məktəbi

# 21 yanvar 2022 11:48 (UTC +04:00)

Yanvarın 22-23-də Avropa Azərbaycan Məktəbində Dünya Alimlər Kuboku Çempionatının (World Scholar’s Cup) Bakı mərhələsi keçiriləcək.

Avropa Azərbaycan Məktəbindən APA-ya verilən məlumata görə, 2020-ci ildə məktəblilər arasında keçirilən WSC Bakı mərhələsi şəhər üzrə 16 məktəbdən - 404 ibtidai və orta məktəb şagirdini bir araya toplayıb. Oxşar rəqəmlər 2022-ci ildə də proqnozlaşdırılır. İştirakçılar incəsənət, musiqi, tarix, ədəbiyyat, media, sosial elmlər, elm, texnologiya və bu il xüsusi sahə olmaqla, altı akademik fənn üzrə fərdi və komanda debatlarında, yazı və bilik testlərində iştirak edəcəklər. Bakıda yüksək performans göstərən qalib komandalar 2022-ci ilin iyununda Dubayda keçiriləcək beynəlxalq mərhələdə və nəhayət, noyabrda Yale Universitetində hər il keçirilən WSC Çempionlar Turnirində iştirak hüququ qazanacaqlar.
Avropa-Azərbaycan Məktəbinin icraçı direktoru Françesko Bankini qeyd edib ki, məktəbdə Dünya Alimlər Kuboku turnirinin yenidən keçirilməsi əla fürsətdir: “Bu, şagirdlərimizin qeyri-standart yanaşmaları sınaqdan keçirdikləri, təhlil etməyi və rasional həll yolları axtarmağı öyrəndikləri, öz aralarında müzakirələr apardıqları və komandada işlədikləri ümumdünya müsabiqəsidir. Biz Avropa Azərbaycan Məktəbində şagirdlərimizin üfüqlərini WSC və digər bu kimi müxtəlif beynəlxalq olimpiadalara cəlb etməklə genişləndirməyə çalışırıq”.

Qeyd edək ki, Dünya Alimlər Kuboku 2007-ci ildə təsis edilib və o vaxtdan bəri 70-dən çox ölkədə keçirilən 150 tədbirdə hər il 50000-dən çox tələbəni əhatə edib. Proqramın missiyası inklüziv zənginləşdirmə sayəsində mənşəyindən və mədəniyyətlərdən asılı olmayaraq bütün gəncləri öyrənməyə, əylənməyə, əməkdaşlıq etməyə və böyüməyə ruhlandırmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR