Paşha Bank
Bank Of Baku

KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər

KTMT-nin Baş katibi Taalaibek Masadıkov

© APA | KTMT-nin Baş katibi Taalaibek Masadıkov

# 04 noyabr 2026 14:08 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası müvafiq gündəliyin təsdiqlənəcəyi təqdirdə, Ermənistana qarşı təşkilatın Nizamnaməsinin 25-ci maddəsinin tətbiqi məsələsini müzakirə edə bilər.

APA xəbər verir ki, bunu KTMT-nin Baş katibi Taalaibek Masadıkov bu gün Minskdə keçirilən IV Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistana qarşı 25-ci maddənin tətbiqi ilə bağlı qərar layihəsi hazırlayıb.

Masadıkov bunu Ermənistanın üzvlük haqları və son üç ildə təşkilatın fəaliyyətində iştirak etməməsi ilə əlaqələndirib.

Baş katib bildirib ki, məsələ noyabrın 10-da keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasının gündəliyinə daxil edilərsə, müzakirə olunacaq. Yekun qərar üzv dövlətlərin liderlərinin iclasından sonra məlum olacaq.

Qeyd edək ki, KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində təşkilatın büdcəsinə olan borcunu ödəmədikdə, onun təşkilat orqanlarında səsvermə hüququ dayandırıla və vətəndaşlarının kvota vəzifələrinə namizədliyini irəli sürmək hüququ məhdudlaşdırıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR