Bakıda avtomobildən 3400 manat oğurlanıb

Bakıda avtomobildən 3400 manat oğurlanıb
# 24 avqust 2017 10:11 (UTC +04:00)

Bakı şəhərində avtomobildən 3400 manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 22-də Nəsimi rayonu ərazisində “Lexus” markalı avtomobilə oturmuş naməlum şəxs oradan soyğunçuluq yolu ilə 3400 manat pul aparıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini Məmməd Əsgərov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR